-
- 18-10-2019, 13:53
- 2 975
Oqtay Şirəliyev vəzifədən gedir?... - Nazirlikdən AÇIQLAMA
Bəzi xəbər saytlarında səhiyyə naziri Oqtay Şirəliyevin vəzifəsindən azad olunacağı ilə bağlı informasiyalar dərc olunub. İddia olunur ki, dünən Prezident Administrasiyasına çağrılan nazir bu gündən etibarən məzuniyyətə çıxıb.
Yayılan xəbərlərdə Oqtay Şirəliyevin ilk məzuniyyət günü iş otağını boşaltdığı və şəxsi əşyalarını daşıdığı qeyd olunur.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, nazirin istefası və ya vəzifəsindən azad edilməsi barədə hər hansı informasiya yoxdur:
“Hər hansı bir nazir vəzifəsindən azad olunanda, bu barədə Prezidentin rəsmi saytında sərəncam dərc olunur”.