Ərdoğan:
    • 19-10-2019, 10:06
    • 636

Ərdoğan: "Trampla "Təhlükəsiz bölgə" haqda danışdıq"

"ABŞ prezidenti cənab Tramp ilə telefon danışığımızda ikitərəfli məsələlər, eləcə də Fəratın şərqində planlaşdırılan təhlükəsizlik zonası barədə fikir mübadiləsi etdik".

News24.az xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyin Ərdoğan rəsmi "Twitter" hesabında yazıb. O, qeyd edib ki, dərin və sağlam təməllərə söykənən Türkiyə-Amerika əlaqələrinin gücləndirilməsi üçün atılan qarşılıqlı addımlardan məmnuniyyətini bölüşüb: "Ümid edirəm ki, bölgəmizin sülhü, firavanlığı və sabitliyi üçün, xüsusilə Suriyanın şimalında quracağımız "Təhlükəsiz bölgə" fəaliyyətlərimiz üçün birlikdə səylərimiz davam edəcək".

ABŞ prezidenti Donald Trump sosial media hesabında prezident Erdoğan ilə telefonla görüşdüyünü təsdiq edib: "Mən indicə prezident Ərdoğanla danışdım. O mənə dedi ki, kiçik miqyaslı snayper və minaatan atəşləri aradan qaldırılıb. Atəşkəs və ya fasilə... Rəcəb Tayyib Ərdoğan və kürdlər buna hazırdırlar. Təəssüf ki, bu fikir illər əvvəl mövcud deyildi. Hər halda, böyük irəliləyiş əldə edildi".