Kriminal avtoriteti villasında belə həbs etdilər-Video
    • 19-10-2019, 18:30
    • 956

Kriminal avtoriteti villasında belə həbs etdilər-Video

Kriminal aləmdə “Kostya Kanskiy” ləqəbi ilə tanınan “qanuni oğru” Konstantin Naybauer Krasnoyarsk vilayətində həbs olunub.

News24.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. 

54 yaşlı kriminal avtoritet  həyətə keçirilən xüsusi əməliyyat nəticəsində həbs edilib. Onun barəsində cinayət işi açılıb.

“Ura.Ru” yazır ki, Kostya Kanskiy” 1965-ci ildə Krosnayarskda anadan olub. O ilk dəfə 1982-ci ildə mühakimə olunub. 200-ci ildə isə kriminal avtoritetlər tərəfindən “qanuni oğru” adı alıb. Kostya sonuncu dəfə 2014-cü ildə saxlanılıb.

“Kommersant” isə yazır ki, Kostya 2011-ci ilin iyulunda sui-qəsdə məruz qalıb. Ona naməlum şəxs evinin qarşısında beş dəfə atəş açıb. Oxşar sui-qəsdə 2005-ci ildə də məruz qalan Konstantin Naybauer sağ qalmağı bacarıb.