-
- 19-10-2019, 21:03
- 879
Azərbaycanlı futbolçu vurduğu qolu əsgər salamı ilə qeyd edib
"Neftçi" klubunun əvəzedici komandasının futbolçusu Əlibəy Məmmədli I Divizionun VII turunda "Zaqatala"ya vurduğu qolu əsgər salamı ilə qeyd edib.
News24.az xəbər verir ki, bu, Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçirilmiş oyunun 63-cü dəqiqəsində baş verib.
Qeyd edək ki, qarşılaşma "Zaqatala"nın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Xatırladaq ki, Türkiyə millisinin futbolçuları AVRO-2020-nin seçmə mərhələsində Albaniyanı məğlub etdikləri (1:0) və Fransa ilə heç-heçə yekunlaşan (1:1) matçda vurduqları qollardan sonra əsgər salamı veriblər. UEFA həmin məsələyə görə Türkiyə yığmasına qarşı intizam işi açıb.