Roza oğullarına ev alıb
    • 19-10-2019, 22:27
    • 1 133

Roza oğullarına ev alıb

Müğənni Roza Zərgərli “5/5” verilişində qonaq olub.

News24.az xəbər verir ki, onunla birlikdə proqrama oğlu, aktyor Corc Qafarov da təşrif buyurub.
Sənətçi veriliş zamanı bildirib ki, oğulları Jerar və Corca ayrı ev alıb. Corc da anasının dediyini təsdiqləyib:
“Ayrı yaşayıram. Evimiz iki otaqlıdır. Qardaşımla mən qalırıq”.
Qeyd edək ki, Roza Zərgərlinin dörd övladı var. Müğənni uşaqlardan yalnız birinin genetik anasıdır.
/axşam.az/