Emin Ağalarovun müstəqilliyimizlə bağlı
    • 19-10-2019, 23:33
    • 705

Emin Ağalarovun müstəqilliyimizlə bağlı "Azərbaycan-101" layihəsi -VİDEO

Xalq artisti Emin Ağalarov Azərbaycanın müstəqilliyinin 101 yaşının tamam olması münasibətilə mahnı ifa edib.

News24.az xəbər verir ki, bu barədə ifaçı İnstaqram hesabında məlumat yayıb.

"Bir daha bütün həmvətənlərimi Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə təbrik etmək istəyirəm. Harada olsaq da, həmişə Vətənimizi, evimizi, yaxınlarımızı, uşaqlığımızı, doğma torpaqlarımızı düşünür və xatırlayırıq... Azərbaycan, hamımızı birləşdirdiyin üçün çox sağ ol! Bu il Cümhuriyyətin 101 yaşı tamam olur! Biz səmimi qəlbdən və ən isti duyğularla bu musiqi hədiyyəsini hazırladıq...", - E.Ağalarov söyləyib.

O, layihədə iştirak edən hər kəsə təşəkkür edib.

Qeyd edək ki, E.Ağalarovun ifa etdiyi mahnının sözləri Leyla Əliyeva, musiqisi Ruslan Ağababayevə məxsusdur.