“Real” uduzdu, “Barselona” lider oldu
    • 20-10-2019, 01:22
    • 702

“Real” uduzdu, “Barselona” lider oldu

İspaniya La Liqasında IX tur davam edir.

News24.az xəbər verir ki, daha dörd oyun keçirilib.

“Barselona” səfərdə “Eybar”ın qapısından üç cavabsız qol keçirib. “Xetafe” “Leqanes” üzərində qələbə qazanıb.

“Atletiko” və “Valensiya”nın duelində komandalar hərəyə bir xal əldə ediblər. “Real” səfərdə “Malyorka”ya uduzub. Bu, “Barselona”nın liderliyi ələ keçirməsi ilə nəticələnib.

Qeyd edək ki, tura oktyabrın 20-də yekun vurulacaq.