-
- 21-10-2019, 12:01
- 825
Xaçmazda şagirdinə təcavüz edən direktorla bağlı son – QƏRAR
Xaçmaz rayonunda şagirdinə əxlaqsız hərəkətlər etməkdə təqsirli bilinən 62 yaşlı Gülfərz Alxasovun barəsində məhkəmə qərarından verilmiş kasasiya şikayətinə baxılıb.
Ali Məhkəmədə hakim Gülzar Rzayevanın sədrlik etdiyi prosesdə Gülfərz Alxasovla bağlı bəraət hökmünün çıxarılması barədə kasasiya şikayəti araşdırılıb.
Məhkəmə onun şikayətini təmin etməyib.
Xaçmaz rayon Məhkəməsimim hökmü ilə Gülfərz Alxasov Gülfərz Alxasov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəli tutulduğu gündən, yəni 1 noyabr 2017-ci il tarixdən hesablanması qərara alınıb.
Bu hökmdən narazı qalan Gülfərz Alxasov apelyasiya şikayəti verib. O, günahsız olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Sumqayıt Apelyasiya Məhkəməsinin qərarı ilə onun şikayəti təmin olunmayıb. Bu qərardan narazı qalan Gülfərz Alxasov kasasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.
İttihama görə, 1996-cı ildən Gülfərz Alxasov Xaçmaz rayonu Arzu qəsəbə tam orta məktəbinin direktoru vəzifəsində işləyib.
O, orta məktəbin 6-cı sinif şagirdi, 2006-cı il təvəllüdlü Sayalı Məmmədovaya (ad-soyad şərti verilib – H.Z.) qarşı əxlaqsız hərəkətlər edib.
20 sentyabr 2017-ci il tarixdə Sayalı Məmmədovanı xidməti otağına çağıran Gülfərz Alxasov azyaşlı qıza qarşı seksual xarakterli hərəkətlər edib, heç kimə deməməsi barədə şagirdinə hədə-qorxu gəlib. Sonrakı günlərdə şagirdi xidməti otağına çağıraraq, ona qarşı iyrənc əməllərini davam etdirib.
Gülfərz Alxasovun bu hərəkətləri həmin ilin oktyabrın 30-dək davam edib. O, hər dəfə azyaşlı qızı xidməti otağına çağırıb.
İddia olunur ki, Gülfərz Alxasov 6-cı sinifdə oxuyan qızı hərə dəfə otağına çağıranda, onun dodağından öpüb, digər hərəkətlər edib.
Sonuncu dəfə oktyabrın 30-da Gülfərz Alxasov kabinetinə çağırdığı şagirdi ilə intim münasibətdə olmağa başlayıb. O, Sayalı Məmmədovanı kreslosunda oturduğu vaxt qucağına alıb və öpməyə başlayan zaman məktəb işçilərindən biri içəri daxil olub.
Bundan sonra Gülfərz Alxasovun hərəkətlərinin üstü açılıb. Onun bu hərəkətləri qəsəbədə yayılıb və olaydan xəbərdar olan qızın valideynləri polisə şikayət ediblər.
Şikayət əsasında Gülfərz Alxasov həbs edilib. İstintaq orqanı tərəfindən ona qarşı Cinayət Məcəlləsinin 153.3-cü (yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya yetkinlik yaşına çatmayana nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tərbiyə, tibbi və ya digər müəssisənin müəllimi və ya digər işçisi tərəfindən əxlaqsız hərəkətlər etmək) maddəsi ilə ittiham elan edilib./teleqraf/