Çavuşoğlu:
    • 21-10-2019, 12:28
    • 903

Çavuşoğlu: "Suriya böhranı hərbi yolla həll edilə bilməz"

"Türkiyə Suriya böhranının siyasi həllinin lehinədir".

News24.az "KP"-yə istinadən xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mevlud Çavuşoğlu deyib.

O vurğulayıb ki, hazırda ölkədə sakitliyin və əmin-amanlığın bərpa edilməsinə, həmçinin atəşkəs rejiminə əməl olunmasına nail olmaq lazımdır: "Türkiyə siyasi prosesi qətiyyətlə dəstəkləyir, Suriya böhranı hərbi yolla həll edilə bilməz".