-
- 22-10-2019, 09:37
- 1 096
Nərmin Şahmarzadəyə bu tarixdə hökm oxunacaq – HƏBSİ TƏLƏB EDİLDİ
Xətai rayon Məhkəməsində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovu təhqir etdiyi üçün barəsində xüsusi ittiham qaydasında şikayət verilən psixoloq Nərmin Şahmarzadənin məhkəməsində hökmün oxunacağı vaxt müəyyənləşib.
News24.az-ın məlumatına görə, dünən keçirilən məhkəmə iclasında prokuror N.Şahmarzadəyə 3 il müddətində həbs cəzasının verilməsini istəyib. Bundan sonra Nərminin vəkili son söz ilə çıxış etmək üçün məhkəmədən 2 gün vaxt istəyib. Məhkəmə sədrinin qərarı ilə iclasın tarixi 23 oktyabr saat 11:00-a təyin edilib.
Qeyd edək ki, dünən keçirilən məhkəmə iclası zamanı qarşıdurma baş verib və tərəflər bir-birini ittiham edib. Hadisə yerində bir nəfərin halı pisləşib və məhkəməyə təcili tibbi yardım briqadasının çağırılıb.
Xatırladaq ki, Nərmin Şahmarzadəyə qarşı 147-ci (böhtan) maddəsi ilə şikayət verilib. Vəkil Ramil Rüstəmovla yanaşı, Fövqəladə Hallar Nazirliyinin mayoru, doqquz qat dünya, üç qat Avropa çempionu, Muay-tay və Tayboksinq Federasiyalarının vitse-prezidenti, əməkdar və beynəlxalq dərəcəli idman ustası Araz Musayev də N.Şahmarzadədən məhkəməyə şikayət edib.