Təyyarəyə yüklənən "baqaj" PARTLADI - VİDEO
    • 22-10-2019, 10:08
    • 901

Təyyarəyə yüklənən "baqaj" PARTLADI - VİDEO

Hava limanında təyyarəyə yüklənən yük partlayıb.

News24.az "Daily Mail"ə istinadən xəbər verir ki, hadisə Çikaqoda baş verib. Qeyd olunub ki, partlama çantalardan biri yükləmə kəmərində olarkən baş verib.

Bir müddət sonra açıqlama verən səlahiyyətlilər partlayışa batareya və ya mobil telefonun şarj cihazının səbəb ola biləcəyini açıqlayıb. Həmçinin partlayışın yüksək səs çıxardığı və bundan sonra çantada tüstülənmə olduğu bildirilib. Hadisədə heç kim xəsarət almayıb.