Hərbi təlim zamanı qumbara partladı - YARALANANLAR VAR
    • 22-10-2019, 10:16
    • 1 078

Hərbi təlim zamanı qumbara partladı - YARALANANLAR VAR

Hərbi təlim zamanı qumbaranın partlaması nəticəsində 3 əskər yaralanıb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Çexiyanın cənub-şərqindəki Vıskov şəhəri yaxınlığında yerləşən Brzezin təlim poliqonunda keçirilən təlimlər zamanı baş verib. 

Bu barədə Çexiyanın Milli Silahlı Qüvvələrin Baş Qərargahının nümayəndəsi Tomaş Maruşçak məlumat verib: "Üç hərbçi müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həkimlər onlardan birinin vəziyyətini ağır qiymətləndirirlər"

Hadisənin səbəbləri ilə əlaqədar araşdırma Çexiya Silahlı Qüvvələrinin ordu polisinin ixtisaslaşdırılmış bölməsinə həvalə edilib.