Azərbaycan Prezidenti Vladimir Putinə BAŞSAĞLIĞI VERDİ
    • 22-10-2019, 15:50
    • 721

Azərbaycan Prezidenti Vladimir Putinə BAŞSAĞLIĞI VERDİ

Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı verib.

News24.az xəbər verir ki, başsağlığında deyilir: "Hörmətli Vladimir Vladimiroviç.

Krasnodar diyarında insan tələfatı ilə nəticələnmiş faciə barədə xəbər məni dərindən kədərləndirdi.

Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına səmimi qəlbdən başsağlığı verir, zərərçəkənlərin tezliklə sağalmasını arzu edirəm".