Ailə başçısını itirməyə görə sosial müavinət almaq hüququ yeni qaydada tənzimlənəcək
    • 22-10-2019, 18:24
    • 1 261

Ailə başçısını itirməyə görə sosial müavinət almaq hüququ yeni qaydada tənzimlənəcək

Təyin edilmiş əmək pensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədi ilə ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab ediləcək.

News24.az xəbər verir ki, bu, “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, ailə başçısını itirməyə görə hesablanmış əmək pensiyasının sığorta hissəsinin onlardan hər birinə düşən məbləği “Sosial müavinətlər haqqında” qanun ilə müəyyən edilmiş ailə başçısını itirməyə görə sosial müavinətlərin məbləğindən az olduqda, əmək qabiliyyəti olmayan ailə üzvlərinin hər biri ailə başçısını itirməyə görə pensiya əvəzinə ailə başçısını itirməyə görə sosial müavinət almaq hüququna malik olacaq.

Qəbul ediləcəyi təqdirdə, qanun gələn il yanvarın 1-dən qüvvəyə minəcək. /apa.az/