Komanda "Təmkin" siz oynayacaq
    • 22-10-2019, 22:11
    • 604

Komanda "Təmkin" siz oynayacaq

AFFA İntizam Komitəsi "Sabah"ın futbolçusu Təmkin Xəlilzadəni 5 oyunluq cəzalandırıb.


News24.az -ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, buna onun Azərbaycan Premyer Liqasının 8-ci turunda "Keşlə" ilə matçdan sonra  hakimə fiziki təsir göstərməyə cəhd etməsi səbəb olub. Futbolçuya verilmiş 5 oyun cəzanın 3 oyunu şərti cəza kimi tətbiq edildiyi və 3 ay sınaq müddəti verildiyi vurğulanıb. Sınaq müddəti ərzində futbolçu yenidən cəzalanacağı təqdirdə sanksiyanın növbəti hissəsinin qüvvəyə minəcəyi qeyd olunub.