-
- 24-08-2018, 14:31
- 1 623
Hər kəsin üzdəniraq saydığı 10 yaşlı qız dünyaya nümunə oldu - FOTOLAR
Kiçik bir qızın dünyanı az da olsa daha yaxşı etmək gücünə malik olduğuna inana bilərsiniz? Əgər 10 yaşlı Keris Rocersin həyat hekayəsini bilsəniz o zaman inanarsınız.
Keris Los-Ancelesdə yaşayan və dəbi sevən qızcığazdır. Onu sinif yoldaşlarından fərqləndirən dərisinin rənginin tünd olmasıdır. Elə buna görə də onunla dostluq etmək istəyənlər yox idi.
Lakin bu Keris Rocersi məyus etmirdi, əksinə o, bu vəziyyətdən çıxış yolu taparaq dizayner və minlərlə insana nümunə oldu.
Kerisin məktəbdəki problemləri 1-ci sinifdən başladı.
Sinifdə K.Rocerslə yanaşı 4 qaradərili uşaq var idi. Lakin Kerisin dərisi onlaradan daha tünd idi.
O evə gözyaşı ilə qayıdır, hamam otağında dərisini yumağa çalışırdı. Bununla da dərisinin rənginin digərlərində kimi olacağına inanırdı.
K.Rocersin 23 yaşlı bacısı Teylor ona kömək etmək istəyir. Bacısının özünü olduğu kimi qəbul etməsi üçün Teylor onun şəkillərini çəkir və Twitterdə yerlərşdirir. Teylor həmçinin "Onun gücü dərisinin rəngindədir"
Paylaşım sürətlə bütün dünyaya yayıldı.
Balaca Kerisin hekayəsini məşhur reper Snup Doq və müğənni Alişa Kiz də bölüşdü. Kiçik dizayner isə hələ də baş verənlərə inan bilmirdi.
2017-ci ilin snetyabrında Keris Rocers Nyu-Yorkda baş tutan dəb həftəsinə dəvət olundu.
O, bu tədbirdə kolleksiyasını tıəqdim edən ən gənc dizayner oldu.
Bir il sonra isə K.Rocersin geyimləri brendə çevrildi.
Dizayner açıqlamasında "Mən başqalarının da özünə güvənmələrinə kömək etmək istəyirəm. Bilirəm ki, dərimizin tünd və ya açıq olmasına ba xmayaraq hər birimiz gözəlik."