Mirşahin:
    • 23-10-2019, 00:41
    • 1 026

Mirşahin: "Prezidentin köməkçisi Əli Həsənovla heç bir bağlılığı yoxdur"

""Real TV" ABŞ səfirliyindən üzr istəməyib".
News24.az xəbər verir ki, bunu sözügedən telekanalın rəhbəri Mirşahin Ağayev şəxsi feysbuk hesabında yazıb.
Onun sözlərinə görə, telekanal üzr istəmək niyyətində deyil: "Kanal yalnız həmin səfirliyin təkzib məktubunu efirə verib və ümumiyyətlə diplomatlarla bağlı məsələnin Prezidentin köməkçisi Əli Həsənovla heç bir bağlılığı yoxdur. Cəfəngiyyatdır. Yəni Aslan İsmaylovun qarabasmaları cəfəngiyyatdır!", - deyə Mirşahin Ağayev bildirib.