Qurd sataraq milyonçu oldu -Qurdun hansı sahələrdə istifadə olunduğunu bilsəniz, heyrətlənəcəksiniz
    • 24-08-2018, 15:04
    • 3 554

Qurd sataraq milyonçu oldu -Qurdun hansı sahələrdə istifadə olunduğunu bilsəniz, heyrətlənəcəksiniz

Antaliyalı iş adamı Selami Gökgöl maraqlı bir sahədən qazanc əldə edir.

News24.az xəbər verir ki, Antaliyanın Aksu rayonu Kurşunlu məhəlləsində yaşayan iş adamı 500 kvadrat metr ərazidə un qurdu yetişdirməklə məşğul olur. Selami Gökgölün dediyinə görə, un qurdu gələcəyin yemidir və orqanik məhsul olduğu üçün ona tələbat böyükdür.

 Un qurdunun bir paketi 90 TL-dən satışa çıxarılır və bir paketdə 10 min ədəd qurd olur. Un qurdu heyvanlara və quşlara yem qatqısı olaraq istifadəyə verilir. Yüksək protein mənbəyi olan un qurdu  üçün artıq Avropadan da ilk sifarişlər gəlməkdədir.