» » » Azərbaycanda “Mister və Miss kids” yarışması keçirilib – FOTOSESSİYA

Bomond / Mədəniyyət

Azərbaycanda “Mister və Miss kids” yarışması keçirilib – FOTOSESSİYA

Azərbaycanda “Mister və Miss kids” yarışması keçirilib – FOTOSESSİYA
Azərbaycanda ilk dəfə keçirilən “Mister və Miss kids” model yarışması uğurla baş tutub.

1 İyun - Uşaqların Beynəlxalq Müdafiə günü münasibəti ilə təşkil olunan yarışmada kastinq yolu ilə finala vəsiqə qazanan 40 uşaq səhnəyə çıxıb. Gecədə iştirakçılar üç tərzdə - milli, avanqard və ziyafət geyimlərini nümayiş etdiriblər.

Qalibləri peşəkar münsiflər heyətindən ibarət komanda müəyyənləşdirib. Münsiflər heyətində modelyer Şəlalə Maqsudova, “Fashion Club” model məktəbinin rəhbəri Lyubov Kutorova, model Rüstəm Cəbrayılov və stilist Nura Babayeva təmsil olunub. 3 yaş qrupunda yarışmada iştirak edən balalarımız əsas mükafat “Mister və Miss kids” uğrunda mübarizə aparıblar.

Tədbirdə balaca modellərimizi Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsinin Dizayn və dekorativ təsviri sənət kafedrasının dosenti Aysel Əzizovanın tələbələri, modelyerlər Natiq Musazadə, Ayşən Oruclu, Emili Amin də öz avanqard geyimləri ilə təmin edib.










Açar sözlər

Oxşar xəbərlər

BİZƏ QOŞULUN


Яндекс.Метрика

ƏMƏKDAŞLARIMIZ