Poçtda gömrük rüsumundan əlavə pul tələb edirlər - Nazirlik xəbərsizdir?
    • 24-10-2019, 15:37
    • 812

Poçtda gömrük rüsumundan əlavə pul tələb edirlər - Nazirlik xəbərsizdir?

Son illər ərzində Azərbaycanda xarici ölkələrdən online alış-verişlərin sayı artıb. 

Bu səbəbdən də, poçtdaşıma xidmətinin üzərinə böyük yük düşüb. Bəs “Azərpoçt” MMC bu məsuliyyətin öhdəsindən gələ bilirmi? Ümumi vəziyyətə və şikayətlərə baxdıqda qurumun xidmətindən istifadə edənlər o qədər də razı görünmürlər.

News24.az-a daxil olan şikayətlərdən biri və ən əsası sifariş “Azərpoçt”a daxil olduğu halda belə poçt filialına və ya 169 məlumat mərkəzinə zəng edərkən sifarişin onlara daxil olmadığı və “AZBAKA”da, yəni mübadilə məntəqəsində olduğu bildirilir. Daha sonra isə aydınlaşır ki, sifariş olunan mal 1 həftədir ki, poçt şöbəsinə təhvil verilib. Sadəcə, izləmə kodu (Tracking code) poçt işçisi tərəfindən sistemə vurulmayıb. Eyni zamanda da sifarişin üzərində ünvan və əlaqə nömrəsi olduğu halda poçt işçiləri malın nə ünvana çatdırılmasını təmin edir, nə də əlaqə saxlayıb məlumatlandırırlar. Daha bir şikayət isə poçtda bağlamanın çəkisinə görə alınan rüsumdur. Sifarişçilər malı aldıqları zaman gömrük haqqını ödədikləri halda, pulun nə üçün alındığının sirr olaraq qaldığını deyirlər.
 “Azərpoçt”da çalışan işçilərin müraciət edənlərlə kobud davrandığı da qeyd olunur.

ikayətlərlə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə mətbuat katibi Günel Gözəlova ilə əlaqə saxladıq. G.Gözəlova qeyd olunan məsələləri araşdırmaq üçün sübutların (Qəbz, hadisənin baş verildiyi poçt filialı, tarix və.s) olmasının vacibliyini vurğulayaraq yalnız bu təqdirdə cavab veriləcəyini deyib. Eyni zamanda “Azərpoçt”da işçilərin kobud davranışı ilə də bağlı bu faktı təsdiqləyən sübutlara ehtiyac duyulduğunu əlavə edib. 

Teymur Məmmədov