Vacib oyuna çıxan “Qarabağ”da daha bir şok itki yaşandı
    • 24-10-2019, 20:57
    • 737

Vacib oyuna çıxan “Qarabağ”da daha bir şok itki yaşandı

Avropa Liqasının qrup mərhələsinin III turunda APOEL-i qəbul edəcək "Qarabağ”da daha bir itki baş verib.


News24.az xəbər verir ki, zədəsini sağaldan Xayme Romero yenidən sıradan çıxıb. İspaniyalı yarımmüdafiəçi son məşqdə zədələnib. 29 yaşlı futbolçu Kipr klubu ilə oyunu buraxacaq.


Bundan başqa, Abbas Hüseynov, Faysal Rerras və Filip Ozobiçin də Nikosiya təmsilçisinə qarşı oynamayacağı dəqiqləşib.


Qeyd edək ki, "Qarabağ” – APOEL oyunu saat 20:55-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.