50 karatlıq brilliant bir anda OĞURLANDI
    • 25-10-2019, 08:00
    • 557

50 karatlıq brilliant bir anda OĞURLANDI

50 karatlıq brilliant oğurlanıb. 

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Yaponiyanın Yokohama şəhərində baş tutanbir zərgərlik sərgisi zamanı yaşanıb.

Oğurlanmış daşın dəyəri 1,8 milyon dollar qiymətindədir. Sərginin bağlanmasından əvvəl "Pacifico Yokohama" sərgi mərkəzinin əməkdaşı daşın olduğu vitrinin açqı olduğunu və brilliantın yoxa çıxdığını görüb.

Polisin məlumatına görə, qiymətli daş az vaxt ərzində oğurlanıb. Oğruların sərgi mərkəzinin işçiləri ilə əlbir ola biləcəyi ehtimal edilir. Cinayətkarların axtarışı davam etdirilir.