İranlı Ancelina Coli etiraf etdi:
    • 25-10-2019, 09:16
    • 1 922

İranlı Ancelina Coli etiraf etdi: "Özümü ona bənzətmirəm"

Sosial mediada "zombi" və ya Tim Burtonun cizgi filmindəki baş qəhrəmanla müqayisə edilən iranlı 22 yaşlı Səhər Tabar görünüşü ilə bağlı danışıb.

News24.az xəbər veirr ki, IRTV2 kanalı Səhər Tabarı sosial mediada məşhur olmaq istəyinin həqiqi həyatı necə məhv etdiyini göstərmək üçün bir nümunə gətirib.

Bəzi seçimlərindən təəssüfləndiyini söyləyən S.Tabar etdiyi dəyişikliklərə qarşı anasının xəbərdarlığını qulaqardı etdiyini söyləyib. 

Eyni zamanda o, özünü məşhur Hollivud aktrisası Ancelina Coliyə bənzətmək üçün plastik əməliyyat etdirməsi xəbərlərini də yalanlayıb: "Hal-hazırda mənim görüntüm fotoşoplanmış şəkillərdən fərqlidir.  çəkilmiş şəkillərimə bənzəmirəm".

Bəzi məlumatlara görə, Tehrandan olan qadın, üzünün fərqli görünməsi üçün 50 əməliyyat keçirib. Lakin, Səhər Tabar bu xəbərin də düzgün olmadığını deyib. O, şəkillərdəki görüntüsünün montaj və makiyajla əldə olunduğunu etiraf edib. O, uşaqlıqdan məşhur olmaq haqda xəyallar qurduğunu da vurğulayıb. S.Tabar eyni zamanda sosial şəbəkədə vulqar görüntülərin daha çox insanı cəlb etdiyini açıqlayıb.