Ukrayna prezidenti Bakı SƏHNƏSİNDƏ - VİDEO
    • 25-10-2019, 13:36
    • 845

Ukrayna prezidenti Bakı SƏHNƏSİNDƏ - VİDEO

Ötən gün paytaxtda Ukraynanın məşhur aktyorları Studiya "Kvartal 95" konsert proqramı ilə çıxış ediblər.

News24.az xəbər verir ki, yaradıcı heyət Heydər Əliyev Sarayında baş tutan yeni konsert proqramı ilə sevənlərinin qarşısına çıxıblar. Bir-birindən maraqlı səhnəciklərlə dolu olan gecədə parodiyalar xüsusi maraqla qarşılanılıb. Belə ki, diqqət çəkən məqamlardan biri açılış hissəsində "Dobro pojalovat v Veçerniy Kvartal" sözlərini məhz Ukraynanın hazırki prezidenti Vladimir Zelenskinin söyləməsi oldu. Eks aktyor monitorda göründü. Onun qısa çıxışı gür alqışlarla qarşılanıldı. Ukraynanın məşhur aktyorları ilk dəfəydi Bakida çıxış etsələr də, yenidən bura gələcəklərini bildirdilər.

Qeyd edək ki, konsertdən sonra yaradıcı heyət News24.az-a açıqlamasında qeyd etdilər ki, Vladimir Zelenskiy bu yaxınlarda rəsmi səfərlə əlaqədar Bakiya gələcək.

Sevda Bayramova