Hərbi hissədə 8 əsgər və zabiti öldürən Ramil Şamsutdinovdur
    • 26-10-2019, 00:31
    • 1 216

Hərbi hissədə 8 əsgər və zabiti öldürən Ramil Şamsutdinovdur

Rusiyanın Zabaykalsk vilayətindəki hərbi hissədə 8 əsgər və zabiti güllələyib öldürən, 2-ni yaralayan çağırışçı əsgərin adı açıqlanıb. 
News24.az xəbər verir ki, Rusiya İstintaq Komitəsinin bildirdiyinə görə, o sıravi Ramil Şamsutdinovdur. Onun barəsində cinayət işi qaldırılıb və saxlanılıb. Şamsutdinov 20 yaşındadır, Tümen vilayətinin Vaqay kəndindəndir. İstintaqa verdiyi ilkin ifadədə əməlindən peşiman olmadığını deyib. İlkin məlumatlara görə əsgərin xidmət yoldaşlarını güllələməsinin səbəbi “dedovşinadır”. Belə ki, xidmət yoldaşları tez-tez Şamsutdinovu ələ salırmış və incidirmiş, bir çox hallarda heç bir səbəb olmadan.

Rusiya ordusunun çağırışçı əsgəri növbəni dəyişərkən xidmət yoldaşlarına xüsusi amansızlıqla divan tutub. Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Zabaykalsk vilayətinin Qornıy qəsəbəsində yerləşən hərbi hissədə baş vermiş insident zamanı 8 hərbçi həlak olub,2-i yaralanıb.

Rusiya Müdafiə Nazirliyinin bildirdiyinə görə, əsgər “şəxsi problemləri” fonunda əsəb sarsıntısı keçirib və xidmət yoldaşlarını güllələyib. Lakin nazirlik əsgərin problemlərinin hərbi ximətlə bağlı olmadığını bildirir. Qətliamı törədən əsgər sağ ələ keçirilib.

Xəbərlərə görə hadisəni törədən əsgər 4 aydır həmin hərbi hissədə xidmət edirdi. O, hərbi hissənin ərazisindəki hərbi hazırlıq kompleksində növbə dəyişərkən tabeçiliyində olan avtomatdan xidmət yoldaşlarına atəş açıb. O, qurbanlarının başını nişan alıb, yaralılara kontrol atəşi açıb. Ölənlər arasında iki zabit və müqavilə əsasında xidmət keçən iki hərbçi də var.

Bu, son illər Rusiya ordusunda baş vermiş ən ciddi insidentdir.

/Virtualaz.org/