-
- 26-10-2019, 00:47
- 887
Milli Şura yenidən mitinq təyin etdi
Demokratik Qüvvələrin Milli Şurası növbəti mitinqin vaxtını elan edib.
News24.az xəbər verir ki, bu barədə AXCP sədri Əli Kərimli açıqlama yayıb.
AXCP sədri noyabrın 2-nə mitinq təyin edildiyini bildirib. Əli Kərimli Bakı Şəhər İcra Hakimiyyətinə metronun "28 may" stansiyası yaxınlığındakı meydanı və "Məhsul" stadionunu təklif edəcəklərini bildirib. O qeyd edib ki, əgər imtina olunarsa, aksiyanı paytaxtın mərkəzində keçirəcəklər.
Demokratik Qüvvələrin Milli Şurası oktyabrın 19-da metronun "28 may" stansiyası qarşısında mitinq keçirib. Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) aksiya haqqında yaydığı açıqlamada 60 nəfərin saxlanıldığını bildirib. Saxlanılanların çoxu sərbəst buraxılsa da, 11 nəfər inzibati həbs cəzası alıb.