Prezidentdən təklif
    • 26-10-2019, 19:42
    • 822

Prezidentdən təklif "Məmurlara çəkilən xərclər azaldılsın"

Ukrayna Prezidenti Vladimir Zelenski 2020-ci ilin dövlət büdcəsində məmurların saxlanılması xərclərinin 10 faiz azaldılması təklifi ilə çıxış edib.
News24.az xəbər verir ki, V.Zelenski 2020-ci ilin dövlət büdcəsinin müzakirələrindən sonra mətbuata açıqlamasında məmurlara çəkilən xərclərin azaldılması hesabına büdcə xərclərinin aşağı salınmasının vacibliyini vurğulayıb.
Prezident deyib ki, bunun hesabına əldə edilən gəlirlər büdcənin sosial xərclərinə yönəldilməlidir.
Qeyd edək ki, Ali Rada Ukraynanın 2020-ci il üçün dövlət büdcəsi haqqında qanun layihəsini birinci oxunuşda qəbul edib.