Sərxoş azərbaycanlı afrikalını döydü və polisə hücum etdi
    • 26-10-2019, 21:16
    • 999

Sərxoş azərbaycanlı afrikalını döydü və polisə hücum etdi

Olbiya şəhərində 31 yaşlı azərbaycanlı saxlanılıb. 


News24.az xəbər verir ki, bununla bağlı “Alguer” nəşri məlumat yayıb. 

Bildirilib ki, saxlanılan şəxs sağlam bədənə xəsarət yetirməkdə və polis əməkdaşına hücum etməkdə ittiham edilir. 

Məlumatlara görə, şəhərin mərkəzində azərbaycanlı spirtli içki qəbul etdikdən sonra 20 yaşlı afrikalı ilə dalaşıb və onu döyüb. 

Bundan sonra afrikalı polisə şikayət edib və hüquq-mühafizə orqanlarının əməkdaşları azərbaycanlını saxlayıblar. 

Saxlanılma zamanı o, polis əməkdaşlarının tələblərinə əməl etməkdən boyun qaçırıb və onlara hücum edib. 

31 yaşlı azərbaycanlı məhkəmənin qərarı ilə həbs olunub.