İŞİD-in lideri Bağdadinin öldürülməsinin detalları: 2 həyat yoldaşı və 6 övladı da öldürüldü
    • 27-10-2019, 16:15
    • 878

İŞİD-in lideri Bağdadinin öldürülməsinin detalları: 2 həyat yoldaşı və 6 övladı da öldürüldü

İraq hökuməti İŞİD lideri Əbubəkr Əl Bağdadinin öldürülməsinin detallarını açıqlayıb.
News24.az Reuters-ə istinadən xəbər verir ki, ötən gecə ABŞ-ın 8 helikopteri Suriyanın İdlib şəhərinin Bərişə qəsəbəsində Bağdadinin olduğu mövqeni 1,5 saat ərzində atəşə tutub. Hücum zamanı terrorçu lider, onun 2 həyat yoldaşı və 6 övladı öldürülüb. Digər bir iddiada isə İŞİD lideri və ailəsinin özlərini partlatdığı deyilir.
Məlumata görə, Əbubəkr Əl Bağdadi ailəsini Türkiyə sərhədinə köçürmək istəyərkən aşkarlanıb.