180 min insan təxliyə edildi MEŞƏ YANĞINLARI DAVAM EDİR
    • 28-10-2019, 10:52
    • 666

180 min insan təxliyə edildi MEŞƏ YANĞINLARI DAVAM EDİR

Meşə yanğınlarına görə 180 min insan təxliyə edilib. 

News24.az BBC-yə istinadən xəbər verir ki, 30 min hekrat ərazinin yandığı Kaliforniyada onlarla ev təhlükə altındadır. 

Fövqəladə halla əlaqədar bir milyona yaxın insan elektrik enerjisiz qalıb. Yaxın gələcəkdə daha milyonlarla insanın elektrik enerjisiz qalacağı gözlənilir.

Vətəndaşların evakuasiyası ştatın şimalında, Sonoma Kountidə aparılır.