-
- 28-10-2019, 13:44
- 762
"Ostankino" borc içində batır
"Ostankino" televiziya mərkəzinin baş direktoru Mixail Şubin "Birinci Kanal" və onun podratçılarının borcları səbəbindən yayımda yaranacaq mümkün fasilələr barədə xəbərdarlıq edib.
News24.az xəbər verir ki, M.Şubin bu barədə "Vedomosti" qəzetinə məlumat verib:"Son 15 ilin təcrübəsində ilk dəfə, üç-dörd il ərzində qəzalar böyüməyə başlayıb. Bununla əlaqədar telemərkəzin tam fəaliyyətinə zəmanət verilə bilməz. Bu, olduqca pis bir vəziyyətdir, amma heç bir şey edə bilmərik".
Mixail Şubin eyni zamanda maddi çətinliklər səbəbindən şirkətin işçilərini azaltmaq məcburiyyətində qaldığını və yalnız "Ostankino"da istehsalatı təmin edəcək işçilərin saxlanıldığını söyləyib. Həmçinin avqustun sonu sentyabrın əvvəlində təxminən 200 nəfər işdən çıxarılıb.
Telekanalın baş direktorunun sözlərinə görə, bu vəziyyət "Birinci kanal" və onun podratçılarının "Ostankino"nu gəlirləri dörddə biri və ya hətta üçdə birini ödəməməsidir. "Birinci kanal"ın mətbuat xidmətindən bildirilib ki, şirkət ödənişləri müqavilə öhdəliklərinə uyğun olaraq edəcək.
Son illərdə "Birinci kanal" tərəfdaşlarına, ilk növbədə məzmun istehsalçılarına ödəmələri mütəmadi olaraq təxirə salıb. 2019-cu ildə kanala dövlət yardımlarının ümumi miqdarı 3,8 milyard rubl təşkil edib.