-
- 28-10-2019, 13:59
- 981
Restoranlar şəhərin atmosferini korlayır- ETSN RƏSMİSİ
“Bəzi restoranlardan havaya tüstünün, iy-qoxunun yayılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə yenə də şikayətlər daxil olduğundan ictimai-iaşə obyektlərində təkrar monitorinqlər aparılıb. Məlum olub ki, əksər obyektlərdə təmizləyici qurğular quraşdırılsa da, təəssüf ki, onlara vaxtında texniki xidmət göstərilmədiyindən, filtrlər vaxtaşırı təmizlənmədiyindən havaya yenidən tüstü və iy-qoxu yayılır. Bu da sakinlərin haqlı narazılığına səbəb olur”.
News24.az-ın xəbərinə görə, bunu jurnalistlərə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib. O restoran sahiblıərinin işinə məsuliyyətsiz yanaşdığını ifadə edib:
“Filtrlərin təmizlənməsi nə çətin işdir, niyə bunu vaxtında etmirlər? Artıq Məhərrəm ayının son günləridir, toyların başlamasını nəzərə alaraq ictimai-iaşə obyektlərinin sahiblərinə müraciət edirik ki, filtrləri vaxtında dəyişsinlər və havaya atılmaların qarşısını alsınlar. Əks halda onlar barəsində inzibati qaydada tədbirlər görüləcək.
Afaq Mirayiq