-
- 28-10-2019, 17:43
- 771
Sinif yoldaşlarını və müəllimini öldürmək istəyən şagird HƏBS OLUNDU
Rusiyanın Zaraysk şəhər məhkəməsi sinif yoldaşlarına hücum hazırlayan Luxaovitski Aqrar və Sənaye Kollecinin tələbəsini həbs edib.
News24.az TASS-a istinadən xəbər verir ki, Zaraysk şəhər məhkəməsinin qərarı ilə, iki və ya daha çox şəxsin öldürülməsinə cəhddə şübhəli bilinən Boris Banin dekabrın 23-dək istintaq təcridxanasına göndərilib. Banin barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə dair məhkəmə iclası bağlı qapılar arxasında keçirilib.
İstintaq Komitəsinin məlumatına görə, Banin sinif yoldaşlarını və müəllimlərdən birini odlu silahla vurmağı planlaşdırıb. Həbs edilərkən onun üzərindən "Makarov" markalı tapança aşkarlanıb.
Dostları Banini gizli həyat tərzi sürən əlçatmaz bir insan olduğunu bildiriblər.