Kərbəla qan gölünə döndü - VİDEO
    • 29-10-2019, 12:04
    • 1 019

Kərbəla qan gölünə döndü - VİDEO

İraqın cənubundakı Kərbəla şəhərində təhlükəsizlik qüvvələri etirazçıları dağıtmaq üçün onlara atəş açıb.

News24.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, İraqda işsizlik və dövlət xidmətlərinin olmaması kimi səbəblərdən başlayan nümayişlər hökumətin komendant saatı, xəbərdarlıq və islahat vədlərinə baxmayaraq davam edir.

Şiə əhalisinin sıx olduğu ölkənin cənubundakı Kərbəla şəhərindəki quberniya binası önünə toplaşan etirazçılara qarşı təhlükəsizlik qüvvələrinin təsadüfi atəş etməsi nəticəsində ən azı 20 nəfər həlak olub. Baş verən hadisələrdə 858 nəfər yaralanıb.

Bəzi nümayişçilər təhlükəsizlik qüvvələri tərəfindən açılan atəş anını və Kərbəla xəstəxanasında tapılan cəsədlərin görüntülərini yayıblar.

Zikar şəhərində qubernatorluq binası qarşısındakı izdiham və təhlükəsizlik qüvvələri arasında çıxan qarşıdurmada 7 nəfər yaralanıb.