-
- 30-10-2019, 10:18
- 947
"Erməni soyqırımı"nı tanıyan ABŞ-a TÜRKİYƏDƏN SƏRT CAVAB
ABŞ-ın Nümayəndələr Palatası aprel ayında müzakirə üçün təqdim olunan 1915-ci il hadisələrini soyqırım olaraq qəbul edib.
News24.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, qərara palatanın 405 üzvü lehinə , 11-i isə qərarın əleyhinə səs verib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın məsələ ilə bağlı "Twitter" hesabında açıqlama verib: "Amerika Nümayəndələr Palatasının erməni qanun layihəsi tarixin siyasətdə istifadəsinin utandırıcı nümunələrindən biridir. Türkiyəni soyqırımda günahlandıranlar əvvəl öz tarixlərinə sonra isə dəstəklədikləri Asala və PKK terror təşkilatlarının qanlı keçmişinə baxsınlar".
Qərara bağlı Türkiyənin Xarici İşlər naziri də münasibət bildirib: ""Barış Pınarı" əməliyyatı ilə böyük oyunu pozduq. Layihələri alınmayanlar rəflərdəki köhnəlmiş sənədlərə əl atdılar. Bizdən şəkildə qisas alacaqlarını düşünənlər səhv edirlər. Tarixi siyasətə alət edənlərin bu utandırıcı qərarı, hökumətimizin və xalqımızın gözündə yox dərəcəsindədir".