“Ginnes”ə namizəd Akif Əlizadə: “71 ildir səhər 6-da durub idman edirəm” - VİDEO
    • 30-10-2019, 12:31
    • 1 412

“Ginnes”ə namizəd Akif Əlizadə: “71 ildir səhər 6-da durub idman edirəm” - VİDEO

“On dörd yaşımdan, yetmiş bir il ərzində hər səhər idmanla məşğulam. Bu, yəqin “Ginnes”in kitabına yazılmalıdır”.

News24.az xəbər verir ki, bu sözləri AMEA-nın sabiq prezidenti Akif Əlizadə deyib. O, illərdir hər səhər eyni rejimə əməl etdiyini bildirib:“İstəyir qış və ya yay olsun. Ezamiyyətdə, qatarda, başqa ölkədə olmağımın heç bir fərqi yoxdur. Gün ərzində işimi elə qururdum ki, axşama iş qalmasın. Nadir hallarda olurdu ki, axşam saatlarında nələrəsə nəzər yetirim. Gün ərzində 8-10 saat işləmək mənə kifayətdir”. /Azedu.az/