Elmar Vəliyevin daha bir videosu yayıldı - VİDEO
    • 25-08-2018, 14:00
    • 1 188

Elmar Vəliyevin daha bir videosu yayıldı - VİDEO

Elmar Vəliyevin daha bir videosu Medicalpark Xəstəxanasının rəsmi səhifəsində yayımlanıb. Həkimi Prof. Dr. Türker Kılıç bildirib ki, Elmar Vəliyev sağlamlığına tamamilə qovuşub. 

News24.az xəbər verir ki, bu gün sosial şəbəkələrdə icra başçısının idman geyimində yemək yeyərkən çəkilmiş videogörüntüləri izləyicilər tərəfindən birmənalı qarşılanmamışdı. Bəziləri görüntülərin köhnə olduğunu, bəziləri Elmar Vəliyevin ümumiyyətlə yüngül yaralandığını, bəziləri isə görüntüdəki insanın o olmadığını qeyd etmişdi. Hospitalın yayımladığı görüntüdə Elmar Vəliyevin sağ əlinin hərəkətsiz olması və başındakı əməliyyat yeri diqqət çəkir. Yeni görüntünü təqdim edirik: