-
- 30-10-2019, 22:02
- 865
"Bu fikrimi haradasa tapsalar, mandatımdam imtina etməyə hazıram" -deputat Tahir Kərimli
Mənim yaşı 70-dən yuxarı olan həmkarlarıma “deputatlığa namizədliklərini verməsinlər” sözünü deməyim, belə bir çağırış etməyim barədə bir cümlə belə tapıb göstərsinlər, deputat mandatından imtina edəcəyəm.
News24.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli deyib.
Deputat qeyd edib ki, dövlət başçısının yaşı 70-dən yuxarı olan vəzifəli şəxslərin gənclərə yol açacağına ümidvar olduğunu söyləməsi ilə əlaqədar bəzi media orqanları ondan açıqlama alıb:
“Məndən açıqlama alan mətbuat işçilərinə demişəm ki, bilmirəm, bu fikri Milli Məclisin deputatlarının hamısına aid etmək olar, ya yox. Çünki parlamentdə yuxarı yaş senzi yoxdur.
Mən deməmişəm ki, yaşı 70-dən yuxarı olanlar deputatlığa namizədliyini verməsinlər.
Demişəm ki, güman edirəm, bir qədər çətinlik çəkən, yaşı və xəstəliyi fəaliyyətinə mane olan deputatlar namizədliyini verməyəcək. Çox təəssüf edirəm ki, adımdan yayılan fikirlərin fərqli təqdim olunması deputat həmkarlarımın da mənə münasibətini pisləşdirib.
Sizin vasitənizlə deputat həmkarlarıma da səslənirəm ki, “yaşı 70-dən yuxarı olan həmkarlarım deputatlığa namizədliklərini verməsinlər” fikrimi hardasa tapsalar, mandatımdam imtina etməyə hazıram”.