-
- 30-10-2019, 23:10
- 845
Elmar Vəliyevi güllələyən şəxsin istintaqı başa çatdı
Gəncənin sabiq icra başçısı Elmar Vəliyev və onu mühafizə edən polis Qasım Aşpazova sui-qəsddə təqsirləndirilən Yunis Səfərovun işi üzrə ibtidai istintaq başa çatıb.
News24.az xəbər verir ki, cinayət işinin materialları yaxın vaxtlarda araşdırılması üçün məhkəməyə göndəriləcək.
Y.Səfərov məhkəmə qarşısında tək dayanmayacaq. Hamlet Abdullayev, Firudin Zeynalov və başqaları da onunla birlikdə mühakimə olunacaq. 192006068 nömrəli bu cinayət işi üzrə ümumilikdə 12 nəfər təqsirləndirilən şəxs qismində tanınıb. Lakin onlardan bir neçəsinin adı təqsirləndirilən şəxslər sırasına daxil edilsə də, özləri 2018-ci ilin yayında onların tutulması üçün keçirilən əməliyyatlar zamanı öldürülüblər. Onların arasında Ağa Sərxani, Anar Bağırov da var.