Fəxrəddin Altun:
    • 31-10-2019, 14:02
    • 1 242

Fəxrəddin Altun: "Analar övladlarının geri qayıtmasını istəyirlər" - VİDEO

"Beynəlxalq ictimaiyyət bu müharibə cinayətinə səssiz qalarkən, kürd və türk analar PKK/YPG-nin onlarla uşağı terror teşkilatına cəlb etməsinə qarşı çıxış edir. Onilliklər boyu davam edən PKK / YPG zorakılığının və uşaqların təşkilata cəlb edilməsinin ən böyük qurbanları arasında kürd analar var! Onlar cəzalandırılmaqdan qorxaraq susurdular. Onlar artıq danışmaqdan qorxmurlar! Yetər deyirlər!"

News24.az xəbər verir ki, bu sözləri Türkiyə Prezident Administratsiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin Rəhbəri Fəxrəddin Altunun "Twitter" səhifəsində yazıb. F.Altun qeyd edib ki, "Bütün terror təşkilatları bənzər cəlb etmə üsullarından istifadə edir və oxşar qruplar tərəfindən dəstəklənir. Onlar ən çox dinc sakinlərə zülm edirlər. Bu analar övladlarının geri qayıtmasını istəyirlər. Beynəlxalq ictimaiyyət bunu dinləyəcəkmi?"