Sərnişin qatarında yanğın - 65 ÖLÜ
    • 31-10-2019, 14:34
    • 806

Sərnişin qatarında yanğın - 65 ÖLÜ

Pakistanın Pəncab əyalətində sərnişin qatarının yanması nəticəsində ən az 65 nəfər ölüb, onlarla insan yaralanıb.

News24.az "GEO TV"-yə istinadən xəbər verir ki, qatar Kəraçi - Ravalpindi marşrutu ilə hərəkət edib. İlkin məlumatlara görə, hərəkət zamanı sərnişinlərdən birinin daşıdığı qaz balonu partlayıb. Yanğın qatarın üç vaqonunu, o cümlədən iki ekonom sinif və bir biznes sinifi yararsız hala salıb.

Rayon xilasetmə xidmətinin rəhbəri Bəkir Hüseyinin sözlərinə görə, cəsədlər DNA-dan istifadə edilərək müəyyən ediləcək.