Məşhur hospitalda SPİD QALMAQALI
    • 31-10-2019, 14:56
    • 1 155

Məşhur hospitalda SPİD QALMAQALI

İstanbulda özəl xəstəxana və həkimləri ilə bağlı qalmaqalı yaşanıb.

News24.az "Sabah"a istinadən xəbər verir ki, xəstəxanada edilən əməliyyatlar və Səhiyyə Nazirliyinin icazəsi olmayan metabolik əməliyyatdan sonra şübhəli ölümlərin artdığı üçün xəstələrin yaxınlarını Sağlamlıq Müdirliyi, Səhiyyə Nazirliyi və İstanbul Prokurorluğuna şikayət ediblər.

Xəstəxana işçilərinin də ağılasığmaz şikayətlərini araşdırdıqdan sonra dəhşətli faktı ortaya çıxarıblar.

Xəstəxananın sahibi və əməliyyatları həyata keçirən Dr. A. Ç və bəzi həkimlər istintaqa cəlb olunublar. Əməliyyatlardan birində HİV xəstəsində istifadə edilən tibbi cihazları dəyişdirməli olan xəstəxana rəhbərliyi üç gündə eyni mayedə olan alətlərlə 15 xəstəni əməliyyat edib.

Əməliyyat olunan xəstələr gizli protokolla karantinə götürülüb. Xəstəxanın fəaliyyəti dayandırılıb.