"Məni azərbaycanlı qızla evləndirmək istəyirlər" - TAĞIYEVİN NƏTİCƏSİ - VİDEO -  FOTOLAR
    • 31-10-2019, 18:34
    • 3 418

"Məni azərbaycanlı qızla evləndirmək istəyirlər" - TAĞIYEVİN NƏTİCƏSİ - VİDEO - FOTOLAR

Hacı Zeynalabdin Tağıyevin Fransada yaşayan qohumu Alban Klod Bakıya 
gəlib.  
News24.az-a müsahibə verən Klod öncə Azərbaycana səfərinin səbəbini açıqlayıb:

- Babam mənə heç vaxt Azərbaycan haqda danışmayıb. Azərbaycanlı olmağımıza baxmayaraq, onun bu haqda heç nə danışmaması məni şübhələndirdi. Və mən bunun səbəbini bilmək üçün onun otağında axtarış aparmağa başladım. Orda bir qutu tapdım. Onun içərisində şəkillər, informasiyalar, qeydlər vardı. Həmin qutudakıları görəndən sonra əmin oldum ki, ailəmiz Azərbaycan üçün dəyərlidir. Tək Tağıyev yox, həmçinin Axundzadə barədə də məllumatlar əldə elədim. O gündən həmin faktlarla bağlı araşdırmalar apardım. Düşünürəm ki, Bakıya səfərimlə daha böyük araşdırmalar edə biləcəm. Ailəmizdə, nəslimizdə Azərbaycan tarixini ən yaxşı mən bilirəm. Çünki tarixşünasam. Bakinın bir çox tarixi və müasir yerlərində oldum. Buranın hər daşında bir tarixçə gizlənib. Mətbəxinizi də sevirəm. Azərbaycanca danışa bilmədiyim üçün sizdən üzr istəyirəm. Amma söz verirəm ki, Azərbaycan dilini öyrənəcəm və növbəti səfərlərimdə sizinlə bu dildə rahat danışacam. İki gündür burdayam. Qohumlar məni çox yaxşı qarşıladılar. 

- Eşitdik, Azərbaycan tarixi haqda kitab yazırsınız... 

- Bəli. Amma çox təəssüf ki, Azərbaycan tarixinin müəyyən hissələri kəsilib, ortada yoxdur. Həmin boşluqları tapa bilmirəm, ona görə də araşdırmalar edirəm. Bakıdakı təəssüratlarımı kitabıma daxil edəcəm. Azərbaycanın tarixi ilə yanaşı, mədəniyyəti haqda da bilirəm. Etibar Əsədovun musiqisinin vurğunuyam. Yazdığım kitab Fransada Hacı Zeynalabdin Tağıyevin tanıdılması baxımından çox uğurlu addım olacaq. 

- Hacı Zeynalabdin Tağıyevin heykəli ilə maraqlanmısınızmı?

- Bəli. Tağıyevin Azərbaycandaki qohumları mənə bu informasiyanı verdilər. Eşidəndə çox sevindim. Məncə, onun kimi vacib şəxsiyyətin heykəli çoxdan ucaldılmalıydı. Heykəlin dizaynını artıq görmüşəm. Çox bəyəndim. Heykəldən başqa onun adını daşıyan məktəbin olmasını da arzu edirəm. Çünki Tağıyevin gördüyü ən böyük işlərdən biri məhz məktəblərin açılışı olub. Ailəm Hacı Zeynalabdin Tağıyevdən danışanda, elə bilirəm, bütün Azərbaycan xalqı haqda danışırlar. Tağıyev hər şeyin yaxşı, mükəmməl olmasına çalışıb. Hətta əlindən hər şey alınandan sonra da bunu çox rahat qarşıladı. Tağıyev təkçə yaxşı şəxsiyyət deyil, həm də filosof olub. Ondan öyrəniləcək çox şeylər var. 

- Bir az özünüz haqda da danışın. Neçə yaşınız var?

- 25 yaşındayam. Tarix fakultəsində oxuyuram. Anama, dayıma hər zaman Azərbaycan haqda danışıram. Anam heç vaxt inanmazdı ki, mən Azərbaycanla bu qədər maraqlanacam. Ona görə o da bura bağlanıb. Ailə üzvlərim çox yaşlıdırlar, ona görə də gələ bilmirlər. Yeri gəlmişkən deyim ki, burdakı qohumlarım məni azərbaycanlı xanımla evləndirmək istəyirlər. (gülür-red.) Burda hamı deyir bizlərə çox oxşayırsan, amma qardaşımın məndən daha çox azərbaycanlı görünüşü var. 

- Babanızın qızı - Sara xanım səfalət içində yaşayıb və dünyadan köçüb. Qohumlarınızın bundan xəbəri vardımı? 

- Sara xanım haqda az-çox bilirəm. Tarixi yalnız tarixçilər araşdırmamalıdırlar. Hər kəs fərdi olaraq tarix haqda bilməlidir. Sara çox individual insan olub. O, hər yerdə Tağıyevin adını tanıtdırmağa çalışıb. Onun sayəsində Tağıyevin adı çox yerlərdə tanınır. 

- Ad və soyadınız fərqlidir. Ümumiyyətlə nəslinizdə azərbaycanlı soyadı daşıyan varmı?

- Ad olaraq yox, amma dayımın soyadı Qacardır. Adım təsadüfən seçilib. 

- Özünüzü daha çox azərbaycanlı, yoxsa fransız kimi hiss edirsiniz?

- İndiki məqamda bu suala cavab vermək çox çətindir, çünki dili bilmirəm. Amma özümü burda evimizdəki kimi hiss edirəm. Fransada da biz azad yaşaya bilmişik, öldürülmədik, ora bizi yetişdirən və hər şeyi öyrədən məmləkət olub. 

- Belə bir iddia var ki, Tağıyevin İsveçrə banklarında hələ də müəyyən qədər yatırımı var. Bu barədə məllumatınız varmı?

- Yox. Dəqiq bilmirəm. Amma məsələn, Tağıyevin İranda mülkü var. Hər halda olmalıdır. Mən bunu araşdırmaq istəmirəm. 

Sevda Bayramova
FOTO: Fərid Şabanov