-
- 1-11-2019, 09:41
- 873
"WhatsApp"da növbəti qalmaqal - 20 ÖLKƏNİN RƏSMİSİ İZLƏNİLİB
İsrail şirkəti "NSO Group" tərəfindən hazırlanan proqram, "WhatsApp" tətbiqi vasitəsi ilə ən azı 20 ölkənin məmurlarını izləmək üçün istifadə edilib.
News24.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. "WhatsApp"ı şəxsləri izləmək üçün üçün istifadə edən "NSO" qrupuna qarşı "Facebook" Kaliforniyada məhkəmədə iddia qaldırıb. Məhkəmə iddiasında "NSO" Qrupunun bu ilin aprel-may ayları arasında ABŞ-da və digər ölkələrdə WhatsApp serverlərindən 1400 mobil telefon və digər cihazlara zərərli proqram göndərmək üçün istifadə etdiyi iddia olunub.
Şikayətçilərin vurğuladığı kimi bu proqram, xüsusən istifadəçi mesajları, zənglər və yer haqqında məlumat əldə etmək üçün nəzərdə tutulub.
Agentliyin mənbələrinə görə, "NSO Group" proqramdan istifadə edərək səlahiyyətlilər və hərbçilərin tərəfindən mobil cihazlarına qanunsuz daxil olaraq, orada saxlanılan məlumatları əldə ediblər. Materialda qeyd olunub ki, bu, xüsusən də Vaşinqtonun müttəfiqi sayılan ölkələrin nümayəndələrininə qarşı edilib.
Dövlətlərin tam siyahısı verilmir. Agentlik ayrıca bu haker hücumlarının sifarişçisinin dəqiq kim olduğunu açıqlamır. Kiber hücumların edildiyi cihazların sahibləri arasında ABŞ, BƏƏ, Bəhreyn, Meksika, Pakistan və Hindistan sakinləri var. Agentlikdə "NSO"-nun bu ölkələrdə vəzifəli şəxslərin və ya hərbçilərin izlədiyi barədə məlumat yoxdur.