"Boeing"də yeni SKANDAL! - TƏYYARƏ HAVADA ÇATLADI
    • 1-11-2019, 10:01
    • 703

"Boeing"də yeni SKANDAL! - TƏYYARƏ HAVADA ÇATLADI

ABŞ-ın "Boeing" aviasiya şirkəti yenidən texniki problemlərlə üzləşib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, "Boeing 737 NG" tipli təyyarələrdə yaşanan çatlağa görə təyyarə təcili eniş edib. Bu səbəbdən də 50 təyyarənin havaya qalxmasının qarşısı alınıb.

Avstraliyanın "Qantas" şirkəti tərəfindən edilən şərhdə: "Belə bir çatlaq olsa da, bu təyyarənin təhlükəsizliyi üçün təhlükə deyil. Təyyarənin təhlükəsizliyinin tam təmin edilmədiyi təqdirdə heç vaxt uçuşa icazə verə bilmərik" deyilib.