Oktyabrda 8 nəfər qidadan zəhərlənib - AQTA
    • 1-11-2019, 11:32
    • 801

Oktyabrda 8 nəfər qidadan zəhərlənib - AQTA

2019-cu ilin oktyabr ayı ərzində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin 1003 “Çağrı Mərkəzi”nə ümumilikdə 2030 müraciət daxil olub.

Agentlikdən News24.az-a verilən xəbərə görə, daxil olan müraciətlərdən 374-ü sertifikatlaşdırma və qeydiyyat, 476-ı idxal-ixrac əməliyyatları, 180-i istehlakçı hüquqlarının pozulması halları ilə bağlı olub.

Qida zəhərlənmələri ilə bağlı Agentliyə 25 müraciət daxil olsa da, onlardan yalnız 8-i öz təsdiqini tapıb. Bütün hallarda müraciətlər araşdırılıb və qanunvericiliyin tələblərinə uyğun olaraq icrası təmin edilib.