"Uşağa baxan, pampersini dəyişən Laləyəm"- APARICIDAN ETİRAF- VIDEO-FOTO
    • 1-11-2019, 14:50
    • 1 838

"Uşağa baxan, pampersini dəyişən Laləyəm"- APARICIDAN ETİRAF- VIDEO-FOTO

Tele-aparıcı Lalə Mustafayevadan yeni xəbərlər var.

News24.az-a açıqlamlar verən Mustafayeva "Maşın şou"daki iştirakindan, işlərindən və şəxsi həyatından söhbət açıb. Amma ilk növbədə o, rəqibi Suna Kasımoğlu ilə əlaqələri haqda danışıb: "Əslində, biz dalaşmamışdıq. Sadəcə, ünvanıma deyilən xoşagəlməz sözlərə görə incimişdim. Bəyənmədiyim məqamlardan biri o idi ki, Sunayla mənim dialoqumun əvvəlini nümayış etdirmədilər. Göstərilən hissədə elə bil ancaq mən danışırdım. Baxın, keçmiş şoulara nəzər saldıqda görə bilərik ki, Roza Zərgərli finalda maşın üstündə nələri etmişdi. "Vayner" oğlanın üstünə plastmas stəkan, meyvə atırdı. Amma nədənsə bu mövzu haqda heç kim, heç nə yazmadı. Mənim təhqir edib nə demişdim ki... Mən heç kimi orada təhqir etmədim, sadəcə, Sunaya dedim ki, "Gözlərini aç, ayaqüstə yatma, mənimlə düzgün mübarizə apar" mən ancaq bunu dedim. Və mən görəndə ki, o, "meditasiya" edir, mahnı oxuyur, rəqs edir, onda dedim ki, çıx, get. "Maşın şou" bitəndən sonra mən sizdən başqa heç kimə müsahibə verməmişəm. Jurnalistlər zəng edirdilər, onlara deyirdim ki, "Maşın şou" ayın 18-i bitdi. Bu mövzunu davam etdirmək lazım deyil. Mən "İnstagram" səhifəmdə qalibi təbrik etdim. Xeyirlisi, belə olmalıymış, nə etmək olar? Düzdür, şou bitəndən sonra Suna bəzi saytlara gülə-gülə açıqlamalar verərək, deyirdi ki, "Lalənin maşınımda gözü qaldı". Amma belə bir şey yoxdur. Mən azərbaycanlıyam. Biz qonaqpərvər xalqıq və etdiyimiz heç bir hərəkətə görə, peşimançılıq çəkmirik. Bizim ancaq torpaqlarımızda gözümüz qalıb. Halal xoşu olsun".

Aparıcı ünvanına deyilən "Lalənin timsah göz yaşları" ifadəsi və aparıcı Kəmalə Piriyevanın ona atdığı atmacaya da cavab verib: "Tamaşaçıların gözü tərəzidir. Kəmalə xanıma gəlincə, ona cavab verməyəcəm. Böyüklüyümü göstərərək demək istəyirəm ki, Allah yolunu açıq eləsin".

Lalə Mustafayeva şəxsi həyatından danışıb: "Çox istəyərdim ki, ana olum amma qismət... Mən analığımı qardaşımım iki övladına göstərirəm. Ürəyim isə ona görə boşdur ki, etibar edə biləcəyim şəxs yoxdur. Nadir hallarda kiməsə inana bilərəm. Kaş ailəmə, dünyasını dəyişən həyat yoldaşıma daha çox vaxt, diqqət ayırardım, onda bəlkə də, hər şey tamamilə başqa cür olardı. Təəbii ki, yenidən ailə qurmaq istəyirəm amma gərək o insan məndən qat-qat güclü olsun. Çünki mən zəif qadın deyiləm. Amma bu dəfə ailə qursam, yüz faiz sənətimi atacam. Çünki birinci ailəmdə bu qərarı verməməklə çox böyük səhv etdim".

"Əsrin gözəli" Azərbaycanda modelik sahəsinin hazırkı durumundan da söz açıb: "Bizdə fotomodellik müəyyənq qədər inkişaf edib, amma manikenlik yoxdur. Mən peşəkar manikenəm, çünki tanınmış "Teatr Modı"nı bitirmişəm. MDB üzrə "Xəzər gözəli" seçilmişəm. Xaricdə yaşasaydım, çox rahatlıqla modellik fəaliyyətimi davam etdirərdim. Baxmayaraq ki, 40 yaşım var, amma bədənim buna icazə verir. Düzdür, Azərbaycanda bu qəbul olunmur. Çimərlik geyimində podiuma çıxmaram, çünki buna artıq ehtiyac yoxdur. Amma bizdə 25 yaşın tamam olandan sonra artıq sənə yer yoxdur. Tək modellik sahəsində yox, televiziyada da bu belədir. Gənclər meydan oxuyurlar.  Mən də çılğın gənc olmuşam, amma baxır harda. İndi isə tamamilə fərqliyəm. Məsələn, görürsünüz, bura  bəzənib-düzənib gəlmişəm, amma real həyatda indi gördüyünüz kimi deyiləm. Adi günlərdə dükana gedən, qab, paltar yuyan, uşağa baxan, pampersini dəyişən Lalə oluram.

"Lalə Mustafayeva niyə hazırda televiziyalarda aparıcılıq eləmir" sualına da cavab verib:
"Televiziyaya qayıtmaq istəyərdim, amma təkliflər olmalıdır. Kaş, mənə ailə qurmağı təklifi etsinlər və mən tamamilə bu sahədən gedim. "Maşın şou"dan sonra ümumiyyətlə, bu sahədən ayrılmağı düşünürəm".

Sevda Bayramova
VİDEO - FOTO: Fərid Şabanov