Nümayəndələr Palatasının üzvü:
    • 1-11-2019, 14:40
    • 815

Nümayəndələr Palatasının üzvü: "“erməni soyqırımı” tarixi faktlara söykənmir"

ABŞ Konqresinin Nümayəndələr Palatasının demokrat üzvü Stiv Kohen, 29 oktyabrda ABŞ Nümayəndələr Palatasında səsverməyə çıxarılan 1915-ci il hadisələri ilə bağlı erməni iddialarını özündə əks etdirən qanun layihəsinin qəbul edilməsinin tarixi həqiqətlərə söykənmədiyini və siyasi olduğunu etiraf edib.

News24.az xəbər verir ki, S.Kohen, Anadolu agentliyinə müsahibəsində, qanun layihəsinin lehinə səs verməsinə  “Erməni qanun layihəsinə həmişə qarşı çıxmışam, lakin bu həftə layihənin lehinə səs verdim. Çünki Türkiyə ABŞ-a hörmət etmir kimi görünürdü” sözləriylə aydınlıq gətirib.

Stiv Kohen Türkiyənin Suriyada keçirdiyi Sülh Çeşməsi əməliyyatının qərarına təsir göstərdiyini qeyd edib: “Konqresin üsulunun dəyişdiyini söyləyə bilərəm. Erməni layihəsi üçün keçən ilə qədər heç vaxt 218 səs toplanmamışdı”.

Qeyd edek ki, Türkiyə Xarici İşlər Nazirliyinin yazılı açıqlamasında ABŞ Nümayəndələr Palatası tərəfindən qəbul edilən qondarma “erməni soyqırımı” ilə bağlı qanun layihəsinin rədd edildiyi bildirilib və daxili siyasət motivləri ilə qəbul edilən bu qərarın heç bir tarixi və hüquqi əsası olmadığı vurğulanıb.