"Halloween" ÖLÜM GƏTİRDİ
    • 1-11-2019, 15:25
    • 609

"Halloween" ÖLÜM GƏTİRDİ

Amerikanın Kaliforniya ştatında yerləşən Orinda şəhərində ziyafətdə baş verən atışma nəticəsində dörd nəfər ölüb, dörd nəfər yaralanıb.

News24.az xəbər verir ki, bu barədə "East Bay Times" yerli nəşrinin yaydığı məlumatda deyilib. Hadisə 31 oktyabr axşamı "Halloween" şənliyində meydana gəlib. Polisin bildirdiyinə görə, həmin vaxt 100-dən çox insan xüsusi evdə təşkil olunan ziyafətə toplanıb.

Atəş açan şəxsin kimliyi hələ müəyyən edilməyib, araşdırma aparılır. Hadisənin təfərrüatları barədə məlumat verilməyib.