Bağdadi “ABŞ-ın məhsulu” olub
    • 2-11-2019, 02:23
    • 816

Bağdadi “ABŞ-ın məhsulu” olub

Rusiya Xarici İşlər naziri Sergey Lavrov İŞİD lideri Əbubəkr əl-Bağdadinin öldürülməsindən danışıb.
News24.az Rusiya KİV-nə istinadən xəbər verir ki, terrorçunun ölümü hələ təsdiqlənmədiyi üçün XİN ətraflı məlumat gözləyir:
“Hər şey təntənəli surətdə və qələbə kimi elan edildi. Hərbçilərimiz əlavə faktları öyrənirlər. ABŞ-ın söylədiklərini hələ təsdiq edə bilmirlər”.
Lavrovun sözlərinə görə, Bağdadi “ABŞ-ın məhsulu” olub. Bununla belə, nazir Bağdadinin öldürülməsi faktı doğru olarsa, bunu müsbət addım adlandırıb.